ABŞ-da daha bir hökumət rəsmisi istefa verib
https://azeri.sahartv.ir/news/dünya-i326111-abŞ_da_daha_bir_hökumət_rəsmisi_istefa_verib
Amerikanın mənzil və şəhər inkişafı nazirliyi bu nazirlikdə hökumət rəsmilərindən daha birisinin istefasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2018 17:13 Asia/Baku
  • ABŞ-da daha bir hökumət rəsmisi istefa verib
    ABŞ-da daha bir hökumət rəsmisi istefa verib

Amerikanın mənzil və şəhər inkişafı nazirliyi bu nazirlikdə hökumət rəsmilərindən daha birisinin istefasından xəbər verib.

Amerikanın mənzil və şəhər inkişafı nazirliyi bildirib ki, bu nazirliyin yüksək vəzifəli rəsmisi Suzanna Tafts Tramp hökumətindən kənara çəkilib və onun istefası qəbul olunubdur.

Bundan öncə belə bir məlumat yayılmışdı ki, Tafts istefadan sonra Amerika daxili işlər nazirliyinə gedərək, nəzarət vəzifəsini tutacaqdır.

Belə bir halda, Ağ Ev bir bəyanat yayaraq, bu məsələni təkzib edibdir.