Okt 29, 2018 12:59 Asia/Baku
  • Almanlar ABŞ-ın Avropada raket proqramına qarşıdırlar.
    Almanlar ABŞ-ın Avropada raket proqramına qarşıdırlar.

Almanlar ABŞ-ın Avropada yeni raketlərin yerləşdirilməsinə dair planına qarşı çıxaraq, bunun Avropada gərginliyin artmasına səbəb olacağını bildiriblər.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Almaniya medialarının ABŞ-ın Rusiya ilə orta mənzilli nüvə raketləri müqaviləsindən çıxmasına və Avropada yeni raketlərin yerləşdirilməsinə dair qərarı barədə xəbərlər yayıblar. Bu da Almaniya əhalisi araısnda narahatlığa səbəb olub.

Almanların qənaətinə görə, Avropa ABŞ-ın əlində oyuncaq olmamalı və Ağ Evin məqsədlərinə xidmət etməməlidir. 

Almanlar ümidvardırlar ki, Avropa ölkələri ABŞ-ın Avropada yeni raketlərin yerləşdirilməsinə dair planına qarşı çıxacaqlar. Çünki, ABŞ və Rusiya arasında savaş baş verərsə, hamıdan çox Avropa zərər çəkəcək. 

ABŞ prezidenti Donald Tramp 20 oktyabrda Rusiya ilə imzalanmış orta mənzilli nüvə raketlərinə dair müqavilədən çıxacağını elan edib. 

ABŞ və Rusiya rasında imzalanmış orta mənzilli nüvə raketlərinə dair İNF müqaviləsi 1987-ci ildə ABŞ prezidenti və sabiq Sovet İttifaqının sonuncu başçısı arasında imzalanıb. Bu müqavilə soyuq müharibə dövründə gərginliyin azaldılması istiqamətində atılmış mühüm addımlardan biri olub. 

ABş prezidentinin bu qərarı Avropa ölkələrinin ciddi etirazlarına səbəb olub. 

Teqlər