Okt 31, 2018 20:06 Asia/Baku
  • AB sözçüsü: ƏMTP-yə dəstək davam edəcək
    AB sözçüsü: ƏMTP-yə dəstək davam edəcək

Avropa Birliyi Danimarkanın İrana qarşı son ittihamına reaksiyada bildirib ki, Brüssel bu barədə Kopenhagenin əlavə məlumatlarını gözləyir və AB-nin nüvə sazişinə dəstəyi davam edəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, AB xarici siyasət üzrə koordinatorunun sözçüsü Maya Kotsiançic bu gün deyib: Danimarkanın İrana qarşı ittihamı kimi məsələlər nüvə sazişindən və onu mühafizə etməyə dari səylərdən ayrı mövzudur. 

Kotsiançic deyib: Amerikanın sanksiyaları şəraitində İran ilə Avropa arasında ticarət əlaqələrinin qorunub saxlanılması üçün xüsusi maliyyə mexanizminin icra edilməsi üçün təşəbbüslər davam edir və AB-yə üzv ölkələr bu barədə danışıqlar aparmaqdadırlar. 

Kopenhagen dünən İrana qarşı bəzi propaqandaların davamında Tehranı Danimarkada terror aktı törətməkdə ittiham edib. 

İİR XİN sözçüsü Bəhram Qasimi Danimarkanın bu iddiasının qərəzli olduğunu və belə bir əməliyyatın İrana aid edilməsinin İran-Avropa əlaqələrinin düşmənləri tərəfindən hazırlanan planları davamı olduğunu bildirib. 

Teqlər