Yaponiyalı rəsmi bir daha ABŞ-ın bu ölkədəki hərbi bazasının tikilməsinin dayandırılmasını vurğulayıb
Noy 02, 2018 13:08 Asia/Baku
Yaponiyanın Okinava valisi bir daha Amerikanın bu ölkədəki yeni hərbi bazasının tikilməsinin dayandırılmasına təkid edib.
Denni Tamaki dünən amerikalı rəsmilərdən istəyibdir ki, Yaponiyanın Okinava əyalətində yeni amerikan hərbi bazanın inşasını dayandırsınlar.
Cari noyabr ayında Amerikaya səfəri gözlənilən Okinava valisi qeyd edib ki, Amerikaya səfərində bu ölkənin dövlətindən Okinavada baza tikmək yerinə, regionda sülhün bərqərarının ardınca olmasını istəyəcəkdir.
Yaponiyanın Okinava adasında amerikalı hərbçilərin yeni hərbi bazasının tikilməsi bu ada əhalisinin kəskin müxalifətilə üzləşibdir.