BMT baş katibi Yəmən müharibəsinə son qoyulmasını vurğulayıb
-
BMT baş katibi Yəmən müharibəsinə son qoyulmasını vurğulayıb
Birləşmiş Millətlər Təşkilatının baş katibi Yəməndə müharibə və toqquşmaların dərhal dayandırılmasına çağırıb.
İRNA-nın verdiyi məlumata görə, Antonio Quttereş dünən Yəmənin dünyada ən ağır himanitar böhran yaşayan ölkə olduğunu bildirərək deyib: Yəmən artıq uçuruma gedir.
BMT baş katibi Yəməndə humanitar durumu və ilkin ehtiyacların məyusedici olduğunu deyib.
Quterreş özünün humanitar məsələlər və fövqəladə hallar üzrə müavini Mark Lukakın ötən həftəki hesabatına toxunaraq deyib: Ötən həftə o Təhlükəsizlik Şurasına Yəməndə qıtlığın qaçılmaz olduğu barədə xəbərdarlıq etdi.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.