Quterreş: Səudların Yəməndə qələbə barədə təsəvvürləri təhlükəlidir
-
Quterreş: Səudların Yəməndə qələbə barədə təsəvvürləri təhlükəlidir
BMT-nin baş katibi səudiyyənin və əmirliklərin Yəmən savaşında qələbə barədəki təsəvvürlərini son dərəcə nigaranedici adlandırıb.
Antonio Quterreş Frans-24 telekanalı ilə müsahibədə deyib: Ərəbistan və əmirliklər hələ də Yəmənin Əlhudəydə limanını ələ keçirə biləcəklərinə inanırlar və bu, bizi olduqca nigaran edibdir.
BMT-nin baş katibi əlavə edib: Yəməndə döyüşlərin dayanacağına və sülh prosesinin başlanacağına ümid var; daha doğrusu, var idi, amma səud koalisiyasının Yəmənin həyati Əlhudəydə limanına qarşı son hücumu bu ümidvarlığı pozdu.
Ərəbistanın Yəmənə qarşı savaşının dayandırılması üzrə tələblərə toxunan Quterreş deyib: Yəmən sülh müzakirələrinin başladılması məqsədilə təqribən qəbulediləsi bir yol xəritəsi hazırlandı, amma həqiqət bundan ibarətdir ki, atəşkəsin yaradılmasında müvəffəq olmadıq.