Rohincalı müsəlman mühacirlərin Banqladeşdən Myanmaya icbari qaytarılması planının icrası dayandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i328065-rohincalı_müsəlman_mühacirlərin_banqladeşdən_myanmaya_icbari_qaytarılması_planının_icrası_dayandırılıb
Banqladeş rohincalı müsəlman mühacirlərin Banqladeşdən Myanmaya icbari şəkildə qaytarılması planının icrasını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2018 16:42 Asia/Baku
  • Rohincalı müsəlman mühacirlərin Banqladeşdən Myanmaya icbari qaytarılması planının icrası dayandırılıb

Banqladeş rohincalı müsəlman mühacirlərin Banqladeşdən Myanmaya icbari şəkildə qaytarılması planının icrasını dayandırıb.

Banqladeşin xarici işlər naziri Mahmud Əli bu gün bir müsahibədə deyib: Banqladeş Myanmadakı qeyri-münasib təhlükəsizlik şəraitinə görə, rohincalı müsəlmanları icbari şəkildə həmin ölkəyə qaytarmayacaq və bu qayıdış azad şəkildə olacaqdır.

Bu istiqamətdə BMT-nin Banqladeşdəki nümayəndəsi və koordinatoru Mia Spo bu ölkə başçılarının qeyd olunan planın icrasının dayandırılması barədəki qərarını düzgün qərar adlandırıb. O, deyib: Myanma dövləti rohincalıların öz ölkələrinə geri dönmələri üçün lazımi şəraiti yaratmalı və əminlik verməlidir ki, onlara qarşı cinayətlər bir daha təkrar olmayacaqdır.