AB müştərək casusluq institutu yaradacaq
Avropa Birliynə üzv 25 ölkənin müdafiə nazirləri bir kəşfiyyat və casusluq institutunun təsisi ilə razılaşıblar.
Dünən Daimi Struktur Əməkdaşlıq Müahidəsi çərçivəsində Danimarka, Malta və İngiltərə istisna olmaqla Avropa Birliynə üzv bütün ölkələrin müdafiə nazirləri tərəfindən təsdiqlənmiş bu layihə təlim və təsisatların yaxşılaşdırılmasından tutmuş aviasiya sistemləri və dəniz əməliyyatlarının gücləndirilməsinədək olan halları əhatə edir.
Yunanıstan və Kipr bu birgə casusluq institutunu idarə edəcəklər.
Bu institut Avropa Birliyinin kəşfiyyat və təhlükəsizlik xidmətləri və NATO ilə həmkarlıq yolu ilə bütün Avropa Birliyi boyunca kəşfiyyat işçilərinə təlim verməklə məşğul olacaqdır.
Almaniya, Fransa, İsveç və İtaliya da bu layihədə məsuliyyətlərə malik olmuş olacaqlar.