Fransada anti-hökumət etirazlarında yaralananların sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i328531-fransada_anti_hökumət_etirazlarında_yaralananların_sayı_artıb
Fransada hökumətin iqtisadi siyasətərinə qarşı etirazarda bədən xəsarəti alanların sayı 660 nəfərə çatıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2018 06:56 Asia/Baku
  • Fransada anti-hökumət etirazlarında yaralananların sayı artıb

Fransada hökumətin iqtisadi siyasətərinə qarşı etirazarda bədən xəsarəti alanların sayı 660 nəfərə çatıb

Fransadakı küçə döyüşlərində həmçinin indiyədək 2 nəfər ölüb, 300 nəfər həbs olunub, 134 polis zabiti də yaralanıbdır.

Təqribən otuz polisin durumu ağır elan olunubdur. 

Fransada yeni etiraz dalğaları bu ölkə dövlətinin ötən şənbə günündən etibarən yanacaq qiymətinin artırılması barədəki qərarına cavab olaraq bu olkənin müxtəlif məntəqələrində başlanıb.

Fransa dövləti gələn milad ilinin əvvəlindən etibarən, hər litr kerosinə vergini 6,5, hər litr benzinə vergini isə 2,9 faiz artırmaq niyyətindədir.

Əsasən Fransa xalqının orta təbəqəsindən olan aksiyaçılar bu qərarın onların alqı qüdrəti və yaşayışına qoyacağı təsirlərdən nigarandırlar.

Fransa daxili işlər nazilriyi bundan öncə bildirmişdi ki, ötən şənbə və bazar günləri keçirilən küçə etirazlarında 400-dən çox etirazçı yaralanıbdır.