Moskva AP-nin istəyinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i330214-moskva_ap_nin_istəyinə_reaksiya_verib
Rusiyanın energetika naziri Avropa Parlamentinin Rusiyanın Avropaya uzanacaq "Şimal axını-2" qazköçürmə layihəsini ləğv etməsi barədəki istəyinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 12:51 Asia/Baku
  • Moskva AP-nin istəyinə reaksiya verib
    Moskva AP-nin istəyinə reaksiya verib

Rusiyanın energetika naziri Avropa Parlamentinin Rusiyanın Avropaya uzanacaq "Şimal axını-2" qazköçürmə layihəsini ləğv etməsi barədəki istəyinə reaksiya verib.

Rusiyanın energetika naziri Aleksandr Novak Avropa Parlamentinin "Şimal axını-2" qazköçürmə layihəsinin ləğv edilməsinə dair istəyini tənqid edərək, bildirib ki, Kreml Avropanın bu mövqeyini bu layihəyə şamil olan ölkələrə qarşı siyasi təzyiq kimi qiymətləndirir.

Rusiyanın energetika naziri rəqib layihələrin təşkilatçılarının da oxşar istəklərlə üzləşdiklərinə toxunaraq, deyib ki, Moskva bu kimi addımları tamamilə siyasi hərəkət hesab edir.

Avropa Parlamentinin üzvləri ABŞ-ın təzyiqi altında dünən bir qətnamə qəbul ediblər ki, onda Rusiya qazının Avropaya ötürülməsi layihəsinin ləğvinə təkid olunubdur.

Avropa Parlamentinin bu addımı ABŞ konqresinin sədri Pol Rayanın "Şimal axını-2" layihəsini tənqid edərək, onu Avropanın enerji təhlükəsizliyi və Amerikanın maraqlarına vurulan böyük bir zərbə adlandırmasından və ona qarşı sanksiyanın tətbiqindən danışmasından sonra atılıbdır.