Dek 19, 2018 17:17 Asia/Baku
  • Fransa hökuməti aksiyaçılar barədə bəzi tədbirlərdən vaz keçib
    Fransa hökuməti aksiyaçılar barədə bəzi tədbirlərdən vaz keçib

Fransa hökuməti kapitalizmə qarşı hərəkat ilə qarşılaşmaq üçün özünün bəzi ilkin tədbirlərindən vaz keçmək qərarına gəlib.

FransPressin verdiyi məlumata görə, Fransa baş nazirlik ofisi bildirib ki, hökumət baş nazir Eduard Filip tərəfindən noyabrın ortalarında elan edilmiş bəzi layihələrin icrasından vaz keçmək istəyir ona görə ki, onların bəziləri xüsusiylə də yanacağa vergilərin artırılması layihəsinin ləğv edilməsindən sonra etibarsız olub. 

Bu məlumata görə, parlamentdə müzakirə edilməkdə olan 2019-cu il dövlət büdcəsi layihəsində 2 milyon ailəyə enerji üzrə müavinətlərin verilməsi dayandırılıb. 

Bəzi elan olunmuş tədbirlər istisna olmaqla ümumilikdə dövlət budcəsində 130 milyon avro qənaət ediləcək. 

Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı başlanan Fransadakı son etirazlar gün-gündən geniş vüsət alaraq digər Avropa ölkələri o sıradan Hollandiya və Belçikaya da yayılmaqdadır. 

Fransa polisinin repressiv əməliyyatları indiyədək 8 nəfərin ölümü və yüzlərlə adamın yaralanması və həbs edilməsi ilə nəticələnib. 

Teqlər