Kataloniyada toqquşmalarda 60-dan çox adam yaralanıb
İspaniya polisi bildirib ki, Kataloniyada etirazçılarla polis arasında baş verən toqquşmada 60-dan çox adam yaralanıb və 13 nəfər həbs edilib.
FransPressin verdiyi məlumata görə, İspaniya polisi bildirib ki, Kataloniyada cümə günü baş vermiş toqquşmalarda 60 nəfər də saxlanılıb.
Bu etirazlar Barselonada Kataloniya bölgəsi yerli rəsmiləri ilə İspaniya dövlət rəsmiləri arasında müştərək iclasın keçirilməsinə qarşı başlandı.
İspaniya baş naziri Pedro Sançez nazirlər kabinetinin iclasını Barselonada keçirdi halbuki, separatçıların tərəfdarları Madridin belə bir hərəkətinə qarşı çıxmışdılar.
Bu toqquşmalarda 35 polis əməkdaşı da yaralanıb.
İspaniyanın baş naziri dünən Kataloniyaya səfər edib və aksiyaçılar onun hərəkət etdiyi marşrutu bağlayıblar və plis müdaxilə etməli olub.
Kataloniyanın İspaniyadan ayrılmasına dair referendumun ötən milan dilində keçirilməsi bu bölgədə qarşıdurmalarla nəticələndi.
İspaniya hökuməti bu referendumu qeyri-qanuni elan etdilər.