Yan 07, 2019 10:00 Asia/Baku
  • Sarı jiletli qadınlar Makronun siyasətlərini pisləyiblər
    Sarı jiletli qadınlar Makronun siyasətlərini pisləyiblər

Fransa anti-kapitalizm hərəkatının himayədarları olan sarı jiletli qadınlar küçələrə çıxaraq, bu ölkə prezidentinin iqtisadi siyasətlərinə qarşı aksiya keçiriblər.

Fransalı qadınlar dünən Makron hökumətinin diqqətini ehtiyaclı xalqın məişət durumuna çəkərək, etirazçıların yatırılmasına və təhdidə son qoyulmasını istəyiblər.

Fransanın müxtəlif şəhərlərində qadınların aksiyaları elə bir halda keçirilibdir ki, şənbə günü Paris etirazında aksiyaçı bir qadının öldürülməsi xəbəri etirazçıların hiddətinə səbəb olubdur.

Əlli minə yaxın etirazçı şənbə günü səkkinci həftə dalabadal aksiya keçirib. Polisin müdaixləsilə aksiya zorakılığa çevrilibdir.

Bir qrup etirazçı Fransa prezidenti Emmanuel Makrona məktub göndərərək, xəbərdarlıq edibdir ki, onlarla dilənçi kimi davranmasınlar.

Fransa hökuməti ilə hər cür müzakirəni rədd edən etirazçılar vergilərin əsaslı şəkildə azaldılmasını istəyiblər.

"Sarı gödəkçəlilər" aksiyası 2018-ci ilin noyabr ayının ortalarından başlanıbdır.

Teqlər