Tereza Mey: Brexit qəbul edilməzsə, İngiltərə parçalanacaqdır
İngiltərənin baş naziri dünən gecə xəbərdarlıq edib ki, bu ölkə parlamentinin brexit razılaşmasını ratifikasiya etməyəcəyi təqdirdə, bu ölkə parçalanma təhlükəsi ilə üzləşəcəkdir.
Tereza Mey İngiltərə parlamentində vurğulayıb ki, Londonun Avropa Birliyindən çıxması təxirə salınmamalıdır. O, deyib: Brexit razılaşmasının parlamentdə ratifikasiya olunmaması İngiltərənin qarışıq vəziyyətdə Avropa Birliyindən çıxması və ya brexitin tam məğlubiyyəti və İngitlərənin bu birlikdə qalması ilə nəticələnə bilər.
Mey əlavə edib: Hər iki hadisə yalnız Şotlandiyada və Şimali İrlandiyada separatçıların mövqelərinin güclənməsinə bais olacaqdır.
İngiltərənin baş naziri özünün ən sərt siyasi mübarizəsində, onun dövlətinin Avropa Birliyi ilə iki il sıx müzakirələrinin məhsulu olan brexit razılaşmasını parlament maneəsindən keçirtməyə çalışır.
Brexit razılaşması ilə bağlı bu gün İngiltərə parlamentində səsvermə aparılmalıdır.
Avropa Birliyinə üzv ölkələrin başçıları noyabrın 25-də Brüsseldə keçirilən iclasda İngiltərənin bu birlikdən çıxması barədəki razılaşmanın ilkin mətnini qəbul etdilər. Yekun çıxış icra üçün İngiltərə parlamentinin razılığına ehtiyaclıdır.
İngiltərə xalqı 2016-cı il iyunun 23-də bir referendumda iştirak edərək, bu ölkənin Avropa Birliyindən çıxmasının lehinə səs verdi.
Belə bir halda, yeni bir rəy sorğusunun nəticələri göstərir ki, İngiltərə xalqının yarısından çoxu öz ölkəsinin Avropa Birliyində qalmasına üstünlük verir.
İngiltərə dövləti brexit müzakirələrini bu ilin martınadək başa vurmalıdır.