Myanma BMT rəsmilərinin Arakan əyalətinə səfərinə mane olub
Yan 15, 2019 20:11 Asia/Baku
Bir BMT rəsmisi Myanma dövlətinin BMT heyətinin Arakan əyalətinə səfərini təxirə salmasından xəbər verib.
Andri Mahaciç bildirib ki, BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarı Filippo Qrandi baxış keçirmək üçün Myanmanın Arakan əyalətinə səfər etməli idi, lakin Myanma başçıları onun səfərini təxirə salıblar.
Myanma ordusunun və ifratçı buddistlərin 2017-ci il avqustun 25-dən bəri rohinca müsəlmanlarına qarşı hücumlarında altı mindən çox rohincalı müsəlman öldürülüb, 8 min nəfər yaralanıb, bir milyondan çox insan da didərgn düşübdür.