NATO Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini pozmaqda ittiham etdi
https://azeri.sahartv.ir/news/dünya-i333286-nato_rusiyanı_orta_mənzilli_nüvə_raketləri_müqaviləsini_pozmaqda_ittiham_etdi
Şimali Atlantika Alyansı NATO-nun baş katibi Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini (İNF-The Intermediate-Range Nuclear Forces Treaty) pozmaqda ittiham etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2019 13:00 Asia/Baku
  • NATO Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini pozmaqda ittiham etdi
    NATO Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini pozmaqda ittiham etdi

Şimali Atlantika Alyansı NATO-nun baş katibi Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini (İNF-The Intermediate-Range Nuclear Forces Treaty) pozmaqda ittiham etdi.

Röyters-in bildirdiyinə görə, Yiens Stoltenberq deyib: Cümə günü Brüsseldə NATO və Rusiya rəsmiləri arasında İNF barədə aparılan müzakirələr nəticəsiz başa çatdı.

Stoltenberq başlıca məsələnin Avropada raketlərin olması adlandırıb və deyib: Əgər müqaviləyə əməl edilməzsə, İNF-in heç bir dəyəri qalmaz.

ABŞ və NATO Qara dəniz, Baltik dənizi və Rusiya ilə sərhəd məntəqələrdə öz hərbi iştirakını artırmaqla Rusiyaya qarşı təhrikedici və təhdid xarakterli h ərəkətlər həyata keçirirlər. Rusiya da Qara dən izdə və Krım yarımadasında hərbi manevr keçirərək, bu təhdidlərə reaksiya verib.