Qazaxıstan nazirlər kabineti istefa verib
Qazaxıstan nazirlər kabineti istefa verib.
Dünən Qazaxıstan nazirlər kabineti öz istefa ərizəsini bu ölkə prezidentinə təqdim edəndən az sonra Nursultan Nazarbayev bu ərizə ilə razılaşdığını elan edibdir.
Belə bir halda, Qazaxıstan prezidentinin göstərişi ilə nazirlər kabinetinin üzvləri yeni nazirlər kabinetinin təsdiq olunacağı və işə başlayacağı zamandək öz vəzifə və fəaliyyətlərini davam etdirməyə borcludurlar.
Nursultan Nazarbayev bundan öncə bildirmişdi ki, Qazaxıstanın prezidenti və bu ölkənin əsas qanununun qoruyucusu kimi xalqın maraqlarını nəzərdə tutaraq, bu qənaətdədir ki, nazirlər kabineti istefa verməlidir.
Qazaxıstan prezidenti Qazaxıstan xalqının həyat şəraitinin yaxşılaşdırılmasında uğursuz qaldığına görə, bu ölkənin nazirlər kabinetinin üzvlərini tənqid etmişdi.