Misir parlamenti konstitusiyaya dəyişiklik sınağı qarşısında
Son zamanlar Misir Parlamentinin bəzi üzvləri tərəfindən ölkə konstitusiyasına dəyişikliyin edilməsinə dair irəli sürülən təklif hakimiyyət tərəfdarları və müxaliflərinin fərqli reaksiyalarına səbəb olub.
Bəzilərinin qənaətinə görə, hazırkı konstitusiyada mövcud olan bəndlərə əsasən konstitusiyaya dəyişikliyin edilməsi qeyri-mümkündür. Amma, bəziləri xalqın rəyi və millət vəkillərinin nəzəri ilə konstitusiyaya dəyişikliyin mümkün olduğunu deyirlər.
Konstitusiyaya dəyişiklik üzrə qalmaqala səbəb olan təkliflərdən biri prezidentlik müddətinin 4 ildən 6 ilə artırılmasıdır.
Siyasi analitik: Konstitusiysya dəyişiklik üzrə təklif 11 bəndə şamil edilir və prezidentlik müddətinin 4 ildən 6 ilə artırılması bunlardan biridir. Mənim qənaətimə görə, Əssisinin seçdiyi islahat kursunu nəzərə alsaq bu, tamamilə məntiqli bir təklifdir.
Konstitusiyaya dəyişikliyin tərəfdarı olanlar 4 ilin prezident tərəfindən nəzərdə tutulan islahatların həyata keçirilməsi üçün kafi olmadığını deyirlər.
Misir parlamentinin üzvü və konstitusiyaya dəyişikliyin edilməsi təklifinin tərəfdarı: Bu islahatların mahiyyətinin Misirin və xalqın maraqlarına xidmət olduğu zamana kimi mən onunla razıyam.
Konstitusiyaya dəyişiklik ilə müxalif olan millət vəkili: Bu gün parlamentdə baş verənlər konstitusiyaya əsasən yanlış və yolverilməzdir.
Amma, konstitusiyaya dəyişikliyin edilməsi ilə müxalif olanlar, bunun 25 yanvar inqilabının hədəf və məqsədlərinə zidd olduğunu bildirirlər.
Qahirə universitetinin müəllimi: İrəli sürülən təklif yeni bir konstitusiyanın hazırlanması ilə nəticələnə bilər. Bu isə gücün prezidentin əlində cəmləşməsinə, diktaturaya və konstitusiyada nəzərdə tutulmuş azadlıqların tapdalanmasına səbəb olacaq.
Misir parlamenti bir neçə gün öncə konstitusiyaya əlavə və dəyişikliyin edilməsi layihəsi ilə razılaşıb.
Buna baxmayaraq, son günlər sosial şəbəkələrdə “konstitusiyaya dəyişikliyə yox” həştəqi geniş formada rast gəlinir.