Mart 08, 2019 17:59 Asia/Baku
  • Sionist rejim Pakistanın bir nömrəli düşmənidir

Pakistan dövlətinin parlament məsələləri üzrə müşavir naziri sionist rejimi Pakistanın bir nömrəli düşməni adlandırıb.

Əli Muhəmməd xan Pakistan senatındakı çıxışında deyib: Sionist rejim pakistanlıların bir nömrəli düşmənidir və İslamabad heç vaxt bu rejimi rəsmi şəkildə tanımayacaqdır.

Pakistan dövlətinin parlament məsələləri üzrə müşavir naziri əlavə edib: Sionist rejimin tanınması məsələsinin araşdırılması heç vaxt Pakistanın baş naziri İmran xanın dövlətinin gündəmində durmaycaq və bu dövlət həmin rejimlə əlaqələrin adiləşdirilməsindən danışan kəslər qarşısından geri çəkilməyəcəkdir.

Bu nazir eyni zamanda vurğulayıbdır ki, bütün Pakistan xalqı sionist rejimlə əlaqələrin qurulmaması barədə həmfikirdir.

Teqlər