ABŞ-ın İŞİD terrorçularına saxta passportlar verməsi ifşa edildi
https://azeri.sahartv.ir/news/dünya-i336780-abŞ_ın_İŞİd_terrorçularına_saxta_passportlar_verməsi_ifşa_edildi
Medialar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Suriyadakı İŞİD terrorçularının onlarla üzvünə saxta passport verdiyini ifşa ediblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 13, 2019 14:44 Asia/Baku
  • ABŞ-ın İŞİD terrorçularına saxta passportlar verməsi ifşa edildi
    ABŞ-ın İŞİD terrorçularına saxta passportlar verməsi ifşa edildi

Medialar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Suriyadakı İŞİD terrorçularının onlarla üzvünə saxta passport verdiyini ifşa ediblər.

Sputnik informasiya agentliyinin bildirdiyinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyət İdarəsi İŞİD-in təqribən 2 min üzvünü istintaqa cəlb etdikdən sonra, onlardın 140-ına saxta passport verib. 

Sputnik MKİ-nin bu hərəkətini ABŞ və İŞİD-in yeni fitnə planı ardınca olmasının nişanəsi adlandırıb və yazıb: ABŞ terrorçuları Suriyanın şimalından saxta sənədlər ilə İraq yolu ilə başqa ölkələrə köçürmək istəyir. 

Türkiyədə çıxan Yeni Şəfəq  qəzeti bu xəbəri təsdiq edərək, yazıb: İŞİD-in lideri Əbubəkr Bağdadi də ABŞ-a işləyir. 

Bir müddət öncə Suriya mediaları da ABŞ-ın hərbi rəsmilərinin minlərlə kiloqram qızıl müqabilində İŞİD başçılarını Suriyanın şimalından təhlükəsiz ərazilərə köçürdüklərini bildiriblər.