Mart 18, 2019 11:37 Asia/Baku
  • Maduro Venesuela nazirlər kabinetinin bütün üzvlərindən istefa vermələrini istəyib
    Maduro Venesuela nazirlər kabinetinin bütün üzvlərindən istefa vermələrini istəyib

Venesuela prezidenti nazirlər kabinetini “əsaslı şəkildə yenidənqurma” adlandırdığı məsələ məqsədilə nazirlərdən öz vəzifələrindən istefa vermələrini istəyib.

Venesuelanın vitse-prezidenti Delsi Rodrigers dünən bir twitter mesajında yazıb ki, bu ölkənin prezidenti Nikolas Maduro dərin yenidənqurma işləri görmək və hökuməti hər cür təhdidə qarşı gücləndirmək məqsədilə nazirlərdən öz vəzifələrindən istefa vermələrini istəyib.

Nazirlər kabinetinin bərpası Venesuelanın on gün müddətinə ölkə səviyyəsində elektrik enerjisinin kəsilməsi və bu ölkədəki birneçəaylıq siyasi böhrandan sonra bir çox problemlə üzləşməsindən sonra həyata keçirilir.

Nikolas Maduro elektrik enerjisinin kəsilməsinin səbəbini Venesuela hökumətini devirmək üçün daxili müxaliflərin köməyi ilə Amerikanın kiber hücumu adlandırıbdır.

Venesuela prezidenti həmçinin Amerikanı “elektrik savaşı”nda ittiham edərək, elektrik cərəyanının qeyri-adi kəsilməsini imperialist amillərin müdaxilələrinin nəticəsi adlandırmışdı.

Venesuela hökuməti müxaliflərinin rəhbəri Xuan Quaydo cari il yanvarın 23-də ABŞ-ın və müttəfiqlərinin aşkar himayəsilə özünü Venesuelanın qondarma prezidenti kimi təqdim etdi.

Amerika, Kanada və Vaşinqtonla müttəfiq olan bəzi ölkələr Quaydonu rəsmən tanıdılar.

Belə bir halda, Rusiya, Çin, Meksika, Kuba, Nikaraqua, Boliviya, Türkiyə, İran, Serbiya, Suriya və dünyanın bir çox başqa ölkələri Venesuelanın seçilmiş hökumətinə öz dəstəklərini elan etdilər. Onlar xarici güclərin Latın Amerikası ölkələrinin daxili işlərinə qarışmamalarını istədilər.

 

 

Teqlər