BMT sel hadisəsilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşüb
-
BMT sel hadisəsilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşüb
BMT baş katibi ofisinin başçısı İran nümayəndəsi Eshaq Ale-Həbib ilə əlaqə saxlayaraq, BMT baş katibinin İranda baş vermiş son sel hadisələrilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşdüyünü bildirib.
Mariya Viotti həmçinin BMT-nin İranın bəzi vilayətlərinin əhalisi və şəhərlərinə kömək etməyə və həmkarlığa hər cür hazırlığını vurğulayıb.
Humanitar yardımların hər cür sanksiyadan azad olması vacibliyini vurğulayan BMT baş katibi ofisinin başçısı deyib: İrana humanitar yardımların göndərilməsi hər cür sanksiya dairəsindən müstəsna olmalı idi.
İranın BMT-dəki nümayəndəsi də Viottinin müraciətinə görə təşəkkür edərək, deyib: İranın xalqı və hökuməti yekdillik və həmrəyliklə bu təbii fəlakətlərlə mübarizə üçün əllərindən gələni ediblər və hər cür beynəlxalq həmkarlıq və kömək təklifini qəbul edəcəklər.
Ale-Həbib deyib: Amerikanın birtərəfli və qanunsuz sanksiyaları, əlaqədar beynəlxalq orqanlar tərəfindən İrana humanitar yardımların göndərilməsinə mane olubdur və BMT-nin bu xüsusda tədbirlər görməsi zərurət daşıyır.
Son iki həftədə sel İranın bəzi şimal, qərb və cənub məntəqələrini bürüyüb və böyük insan və maliyyə xəsarətlərinə səbəb olubdur.