Almaniyanın NATO-ya az büdcə ayırması ABŞ-ın etirazına səbəb oldu
https://azeri.sahartv.ir/news/dünya-i338187-almaniyanın_nato_ya_az_büdcə_ayırması_abŞ_ın_etirazına_səbəb_oldu
ABŞ və Almaniya arasındakı gərginlik davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 08:41 Asia/Baku
  • Almaniyanın NATO-ya az büdcə ayırması ABŞ-ın etirazına səbəb oldu
    Almaniyanın NATO-ya az büdcə ayırması ABŞ-ın etirazına səbəb oldu

ABŞ və Almaniya arasındakı gərginlik davam edir.

Fransa xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens çərşənbə günü Vaşinqtonda NATO-nun xarici işlər nazirləri iclasından öncə Almaniyanın NATO-ya az büdcə ayırmasını tənqid etdi. 

Mayk Pens Almaniyanın daha artıq səy göstərməsini istədi və dedi: Əgər müttəfiqlərimiz Rusiyadan asılı olarsa, biz onların müdafiəsinə zəmanət verə bilmərik. 

NATO ölkələri bu alyansın təsis edilməsinin 70-ci ildönümündə "Rusiyanın zorakılıqları" qarşısında vahid mövqeyə malik olduqlarını nümayiş etdirməyə çalışırlar. 

NATO ölkələri 2014-cü ildə öz müdafiə xərclərini ümumdaxili məhsulun 2%-nə çatdıracaqlarına dair söz veriblər. 

Almaniya isə 2023-cü ildə hərbi büdcəsini 1.25% azaldacağını bildirib. 

NATO-nun baş katibi Yiens Stoltenberq də Almaniyanın bu qərarından narazılıq edərək, Berlinin müdafiə xərclərini artırmasını istəyib.