Apr 11, 2019 11:08 Asia/Baku
  • Misir anti-İran koalisiyasından kənara çəkilib
    Misir anti-İran koalisiyasından kənara çəkilib

Röyters diplomatik qaynaqlara istinadla xəbər verib ki, Misir hökuməti Amerikanın başçılıq etdiyi ərəb NATO-su adlı anti-İran koalisiyasından kənara çəkilib.

Röyters bu gün öz rəsmi saytında yazıb: Dörd məlumatlı mənbə xəbər veribdir ki, Misir, Donald Tramp hökumətinin İranı ram etmək üzrə strategiyasına zərbə sayılan bir hərəkətdə ərəb NATO-su adlı anti-İran koalisiyasından kənara çəkildiyini bildirib.

Misir rəsmiləri ərəb ölkələrinin İranla mübarizə üzrə təhlükəsizlik, siyasi və iqtisadi koalisiyada birləşmələri istiqamətində Amerikanın başçılığı altında göstərilən səyləri irəlilətmək üçün keçirilən sonuncu iclas olan bu yığıncaqda iştirak etməyiblər.

Məlumata görə, bir ərəb mənbə bildirib ki, Misirin vaz keçməsinə səbəb, bu təşəbbüsün ciddi olmasına tərəddüd, konkret iş gündəminin olmaması, eləcə də İranla gərginliyin artması təhlükəsi olubdur.

Bir səud mənbəyi də ərəb NATO-sunun təşkili üzrə səylər barədə Röyters-ə deyib ki, işlər yaxşı irəliləmir.

Ərəb NATO-sunun yaradılması təklifini ərəbistan 2017-ci ildə verib və Ağ Ev-in və ərriyad-ın səylərinə rəğmən, indiyədək bir nəticəyə çatmayıbdır.

Teqlər