Liviya birlik hökuməti: Paytaxtın yaşayış massivlərinin bombalanması hərbi cinayətdir
-
Liviya birlik hökuməti: Paytaxtın yaşayış massivlərinin bombalanması hərbi cinayətdir
Liviya birlik hökumətinin rəyasət heyətinin üzvü bu ölkə paytaxtında yaşayış massivlərinin bombalanmasını hərbi cinayət adlandırıb.
Liviya birlik hökumətinin rəyasət heyətinin üzvü Muhəmməd Əmmari Zaid deyib: Tripolidə yaşayış massivlərinin bombalanması hərbi cinayətdir. Tripolinin yaşayış massivlərinin bombalanması paytaxt sakinlərinin əhval-ruhiyyəsini aradan götürmək, həmçinin Həftər qüvvələrinin tabeliyində olan təyyarənin vurulmasının intiqamını almaq üçün həyata keçirilir. Əmmari Zaid əlavə edib: Birlik hökuməti Həftərə və onun qüvvələrinə cavab verəcək, onları məğlub edəcək və törətdikləri hərbi cinayətərə görə, onu beynəlxalq səviyyədə təqib ediləcəkdir.
Frans-24 telekanalı xəbər verib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş statistikalara görə, ehtiyatda olan general Xəlifə Həftərin komandanlığı altında olan qüvvələr ilə Faiz Əlsərraca sadiq olan qüvvələr arasında gedən döyüşlərdə 121 nəfər ölüb, 561 nəfər də yaralanıbdır.
Tripolinin mərkəzindən on bir kilometr aralıda yerləşən köhnə hava limanının ətrafında iki tərəf arasında şiddətli döyüşlər baş veribdir. General Xəlifə Həftər dünən Qahirədə yerləşən Əlittihadiyyə sarayında Misir prezidenti Əbdulfəttah Əlsisi ilə görüşüb.
General Xəlifə Həftər Muəmmər Qəzzafinin müxaliflərindən olub. O, uzunmüddətli sürgündən sonra 2011-ci ildə Amerikadan Liviyaya geri döndü. 2017-ci ildə onun komandanlığı altında olan hərbçilər Liviyanın Benqazi şəhərini işğal etdilər.
General Xəlifə Həftər Fransa kimi bəzi Avropa ölkələri, həmçinin ərəbistan, əmirliklər, İordaniya, bəhreyn və Misir kimi bəzi ərəb ölkələri tərəfindən dəstək alır. Bunun əvəzində Əlsərrac hökuməti Türkiyə və Qətər tərəfindən himayə olunur.