Apr 22, 2019 20:47 Asia/Baku
  • Ağ Ev-in anti-İran hərəkətləri davam edir
    Ağ Ev-in anti-İran hərəkətləri davam edir

Dünya ictimaiyyətinin neft bazarındakı qarışıqlıqdan nigaran olmasına rəğmən, ABŞ-ın dövlət katibi Ağ Ev-in anti-İran siyasətlərinin davamında bildirib ki, İrandan neft alqısı üçün heç bir ölkəyə güzəşt etməyəcəyik.

ABŞ-dın dövlət katibi Mayk Pompeo bu gün Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasının ilk ildönümü ərəfəsində deyib: Vaşinqton 2019-cu il mayın 2-dən İrandan neft satın alan səkkiz ölkəyə güzəşt etməyəcək və bu məsələyə də nəzarət edəcəkdir.

Amerikanın dövlət katibi əlavə edib: Əmirliklər və Ərəbistan Vaşinqtona əminlik veriblər ki, neft bazarında problemin yaranmasına yol verməyəcəklər.

Pompeo bundan öncə etiraf etmişdi ki, İran xalqına qarşı maksimum təzyiq təsirlidir. O, iddia etmişdi ki, İran vətəndaşları üçün daha yaxşı yaşayışın formalaşacağına ümidvardır.

Teqlər