Aİ: Tripoliyə hücum beynəlxalq təhlükəsizliyi hədələyir
https://azeri.sahartv.ir/news/dünya-i340352-aİ_tripoliyə_hücum_beynəlxalq_təhlükəsizliyi_hədələyir
Avropa İttifaqının xarici işlər nazirləri bir bəyanatda xəbərdarlıq ediblər ki, general Həftərin komandanlığı altında olan "Liviya milli ordusu" adlı qruplaşmanın Tripoliyə və onun ətrafına hücumu beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdid olaraq, Liviyanın sabitliyini daha da hədələyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2019 03:53 Asia/Baku
  • hücum beynəlxalq təhlükəsizliyi hədələyir
    hücum beynəlxalq təhlükəsizliyi hədələyir

Avropa İttifaqının xarici işlər nazirləri bir bəyanatda xəbərdarlıq ediblər ki, general Həftərin komandanlığı altında olan "Liviya milli ordusu" adlı qruplaşmanın Tripoliyə və onun ətrafına hücumu beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdid olaraq, Liviyanın sabitliyini daha da hədələyir.

Bu bəyanatda döyüşən tərəflərdən döyüşlərə son qoymaları və Tripolidəki savaşı dayandırmaları istənilibdir.

Uzun illər ərəbistan, misir və əmirliklərin və bəzi Qərb ölkələrinin himayələri ilə Liviyanın şərqinə yiyələnmiş general Həftərin komandanlığı altında olan "Liviya milli ordusu" adlı qruplaşma son bir neçə ay ərzində bu ölkənin şimalına doğru irəliləyibdir.

Həftər cari milad ili aprelin dördündə öz komandanlığı altında olan hərbçilərə Tripoliyə hücum barədə göstəriş verdi.