BMT Liviyaya silah göndərilməsinin davam etməsindən nigarançılıq edib
May 14, 2019 21:28 Asia/Baku
-
BMT Liviyaya silah göndərilməsinin davam etməsindən nigarançılıq edib
BMT-nin baş katibi Tripolidəki savaşdan nigarançılıq edərək, deyib: Bu təşkilatın nəzarətçilərinin hesabatları göstərir ki, silah və sursatlar Liviyaya göndərilməkdə davam edir.
BMT-nin baş katibi Antonio Quterreş deyib: Hərbi silah və təchizatlar dəniz vasitəsilə Liviyadakı döyüş meydanlarına göndərilir və bu məsələ bu ölkədəki hərbi döyüşlərdən son dərəcə nigarançılığa səbəb olubdur.
BMT-nin Təhlükəsizlik Şurası 2016-cı ildə bir qətnamə qəbul etdi ki, ona əsasən Liviyaya hər cür silah, sursat və hərbi təchizatın göndərilməsi qadağandır.