May 15, 2019 11:44 Asia/Baku
  • Myanma ordusu Raxin vilayətində müsəlmanların yaşadığı kəndi mühasirəyə alıb
    Myanma ordusu Raxin vilayətində müsəlmanların yaşadığı kəndi mühasirəyə alıb

Myanma ordusunun ölkənin qərbində, Raxin vilayətində bir kəndi mühasirəyə alması, kənd əhalisinin həyatını təhlükə ilə üzləşdirib.

İRİB-nin bildirdiyinə görə, Kyauk Tan kəndində insanların mal-heyvanları mühasirə nəticəsində susuzluqdan tələf olub. 

Kyauk Tan kəndi iki həftə öncə Myanma ordusunun kəndə olan hücumunun ardınca mühasirəyə alınıb. Myanma ordusunun hücumunda 6 kənd sakini həlak olmuşdu. 

Myanma ordusu və ifratçı buddistlərin Raxin vilayətində Ruhinqa müsəlmanlarına qarşı hücumları son iki ildə 6 mindən çox insanın ölməsinə, 8 min nəfərin yaralanmasına və bir milyondan çox insanın didərgin düşməsinə səbəb olub. 

Teqlər