Rusiya nüvə anlaşmasının icra komissiyasının iclas keçirməsini istədi
Rusiya xarici işlər nazirinin müavini Moskvanın nüvə anlaşmasının icra komissiyasının ən qısa zamanda iclas təşkil etməsini istədiyini dedi.
Sergey Ryabkov şənbə günü Sputnik ilə müsahibədə Moskvanın nüvə anlaşmasının icra komissiyasının ən qısa zamanda iclas təşkil etməsini istəməsi xəbərini təsdiq etdiyini dedi.
Sergey Ryabkov həmçinin dedi: Bu komissiya əvvəllər iclaslarını Vyanada keçirirdi və mövqelərin bir-birinə yaxınlaşdırılmasında aktiv rola malik idi. Həmçinin, iclasın keçirildiyi məkanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ofisinə də yaxın olduğunu nəzərə alaraq, ekspertlər və diplomatik qrupların başçıları rahat idilər.
ABŞ-ın nüvə anlaşmasından çıxması və bu anlaşmanın icrasında pozuculuq törətməsi habelə, nüvə anlaşmasında qalan digər ölkələrin öz öhdəliklərinə əməl etməmələrinin ardınca İranın Milli Təhlükəsizlik Ali Şurası 8 may 2019-cu il tarixində bir bəyanat yayaraq, nüvə anlaşmasında qalan ölkələri İranın öhdəliklərinin səviyyəsini azaltması məsələsinə dair məlumatlandırdı.
Almaniya, Fransa və Britaniya ABŞ-ın nüvə anlaşmasından çıxmasından onra İranın mənafeyini təmin edəcəklərinə dair söz vermişdilər.
Amma, bu ölkələr indiyə kimi öz vədlərinə əməl etməyiblər.