Rusiyada yeni raket sınaqdan keçirilib
-
Rusiyada yeni raket sınaqdan keçirilib
Rusiya müdafiə nazirliyi bir film yayaraq, bu ölkənin müdafiə sisteminə aid olan bir raketin uğurlu sınağından xəbər verib.
Rusiya raket müdafiə sisteminin komandan müavini polkovnik Vladimir Sergiyenko bu gün Ria-Novosti xəbər agentliyi ilə müsahibədə bu raketin sınağı haqda belə deyib: Əməliyyat uğurla başa çatdı və raket yüksək dəqiqliklə öncədən təyin olunmuş hədəfə dəydi.
Rusiya müdafiə nazirliyinin izahatına əsasən, bu yer tipli raketin sınağını Rusiya hava-kosmos qüvvələrinin hava hücumundan müdafiə sistemi Qazaxıstanın Sari-Şanqan bazasında həyata keçiribdir.
Qərb tərəfindən qitələrarası ballistik raketlərin nüvə təhdidlərinin meydana gəldiyi 1950-ci ildə SSRİ bu təhdidlə mübarizə məqsədilə Qazaxıstanda son dərəcə məxfi proqram icra etməyə başladı.