Putin Qərbin İranla əlaqələri pozmaqdan çəkinməsi vacibliyini vurğulayıb
Rusiya prezidenti Qərb ölkələrindən istəyib ki, İran qarşısındakı səylər keçmişini pozmasınlar.
Vladimir Putin dünən xarici müxbirlər qarşısında Qərb ölkələrindən istəyibdir ki, nüvə anlaşması ilə nəticələnən İran barədəki əməkdaşlıqlar keçmişini pozmasınlar.
Putin deyib: İrana qarşı heç bir addıma dəstək vermirik və bu haqda şəriklərimizlə məşvərət edəcəyik, onları qane etmiş olaq ki, gördükləri işlər müsbət atmosferin pozulmasına bais olmuş olmasın.
Rusiya prezidenti deyib: Ölkələrin nüvə proqramlarına nəzarət nöqteyi-nəzərincə, İran ən çox faktaraşdırma qabiliyyətinə malik olan bir ölkədir və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda apardığı təftişlərində nüvə anlaşmasında dərc olunmuş mexanizmlərdən hətta bir pozuntu halı belə tapa bilməyibdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə anlaşmasının icra olunduğu zamandan bəri özünün ardıcıl on beş hesabatında İranın bu anlaşmadakı bütün öhdəliklərinə sədaqətini təsdiq edibdir. Agentliyin ən yeni fəsillik hesabatı ötən həftə yayıldı.
Amerikanın nüvə anlaşmasından çıxmasından və bu anlaşmada qalan tərəflərin öz öhdəliklərinin icrasındakı sədaqətsizliklərindən sonra İran İslam Respublikası bu il mayın 8-də nüvə anlaşması çərçivəsindəki öhdəliklərinin bir hissəsini azaldacağını elan etdi.