ABŞ konqresmenləri İrana qarşı avantüra barədə Trampa xəbərdarlıq ediblər
Donald Trampın Amerikanın təcavüzkar pilotsuz uçan aparatının İranda vurulmasına reaksiyası ilə ABŞ konqresinin dörd nümayəndəsi İrana qarşı hər cür avantüra barədə Trampa xəbərdarlıq edib.
Senator Berni Sanders bir twitt-də Trampın reaksiyasına cavabda yazıb: Amerika bölgədə əsas qanuna zidd və sonsuz müharibənin yaranmasına bais olmaq deyil, İranla müzakirə etməlidir.
ABŞ konqresinin nümayəndələr palatasının üzvü İlhan Ömər də öz twitter hesabında yazıb: İraq müharibəsi kimi təcavüzkarlar müharibə təbilini döyəcləmək üçün qanunsuz bəhanələrdən istifadə edirlər və eynilə İraqda olduğu kimi. Uşaqlar öləcəklər, amerikalı həyatını itirəcək və dünya daha az əmin-aman olacaqdır.
Senator Elizabet Varren də İran ilə Amerika arasındakı gərginliyə toxunaraq, bir twitt-də yazıb: Tramp bu böhranın qızışdırıcısı olub və onun twitt göndərmək yolu ilə yürütdüyü həyasızcasına xarici siyasət bu böhranı kəskinləşdirir.
Demokratların Amerika prezident seçkilərinə namizədi olan Varren bildirib: Mən bu layihənin tərəfdarıyam ki, gərginlikləri azaldaq və icazə verməyək ki, bu hökumətdəki militaristlər bizi İranla müharibəyə daxil etmiş olsunlar.
Həmçinin Nyu-Yorkun ABŞ konqresinin nümayəndələr palatasındakı nümayəndəsi Aleksandria Okasio-Kortez bu ölkə hökumətinin İranla rəftar tərzini tənqid edərək, deyib: Amerika hökumətindəki militaristlər bizi hərbi bir qarşıdurmaya çəkməyə çalışırlar ki, bu iş tamamilə məsuliyyətsizcəsinədir.
ABŞ prezidenti bu ölkənin təcavüzkar pilotsuzunun İran İslam Respublikasının hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasına reaksiyada iddia edib ki, İran çox böyük bir səhvə yol veribdir.