İyun 25, 2019 15:13 Asia/Baku
  • Karter: ABŞ-ın bütün savaşları faydasız olub
    Karter: ABŞ-ın bütün savaşları faydasız olub

Amerikanın keçmiş prezidenti etiraf edib ki, indiydək ABŞ-ın bütün savaşları qeyri-zəruri və faydasız olubdur.

Cimmi Karter Corciyanın "Maranta Baptist" kilsəsinədki çıxışında deyib: Belə fərz olunur ki, biz xristianıq, amma bütün dünyada, yer üzündə ən militarist ölkə kimi tanınırıq.

Amerikanın keçmiş prezidenti əlavə edib: Mən bu qənaətdəyəm ki, bizim iştirak etdiyimiz təqribən bütün müharibələr qeyri-zəruri olubdur.

Karter əlavə edib: Mən Trampın İrana qarşı hərbi addımın qarşısının alınması qərarı ilə razıyam və təsəvvür etmirəm ki, belə bir savaş və ümumiyyətlə, bütün son savaşlar məntiqi olmuş olsun.

Tramp Amerikanın casusluq pilotsuzunun İran tərəfindən vurulmasının ardınca təzadlı bir ifadədə öncə bildirdi ki, İrana hücum etmək niyyətində olub, amma bu fikirdən daşınıbdır. O, sonra deyib: İrana hücum ləğv olunmayıb, daha doğrusu, onun zamanı təxirə salınıbdır.

Teqlər