Qaşıqçı qətli barədə beynəlxalq təhqiqat qrupu yaradılır
https://azeri.sahartv.ir/news/dünya-i343170-qaşıqçı_qətli_barədə_beynəlxalq_təhqiqat_qrupu_yaradılır
BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsi cinayəti barədə beynəlxalq araşdırmalar aparmaq üçün işçi qrupunun yaradılmasını təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2019 06:54 Asia/Baku
  • Qaşıqçı qətli barədə beynəlxalq təhqiqat qrupu yaradılır
    Qaşıqçı qətli barədə beynəlxalq təhqiqat qrupu yaradılır

BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsi cinayəti barədə beynəlxalq araşdırmalar aparmaq üçün işçi qrupunun yaradılmasını təklif edib.

BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi Agnes Kallamard çərşənbə günü Camal Qaşıqçının qətli ilə bağlı məruzəsini Birləşmiş Millətlər Təşkilatının Cenevrədə yerləşən İnsan Haqları Şurasına təqdim edib.

BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi həmçinin deyib ki, G20 zirvəsində, Qaşıqçının qətli cinayəti araşdırılmalı və səudiyyə ərəbistanının bu qətldəki məsuliyyəti müəyyən edilməlidir.

BMT-nin edam məsələləri üzrə bir tədqiqatçısı da deyib ki, 20-lər qrupu ölkələri Yaponiyanın Osaka şəhərində keçiriləcək iclasda Qaşıqçının qətli ilə bağlı tam məsuliyyəti qəbul etməsi üçün səudiyyə ərəbistanına təzyiq göstərməlidirlər.

Səudiyyə jurnalisti Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də səudiyyənin İstanbuldakı konsulluğunda Ərriyaddan göndərilən agentlər tərəfindən dəhşətli şəkildə qətlə yetirildi.