Avropada kəskin istilər üzündən iki nəfər həyatını itirib
İyun 29, 2019 09:23 Asia/Baku
İnformasiya mənbələri bildiriblər ki, yaşıl qitədə kəskin istilər xəbərdarlıq həddinə çatıb və iki nəfərin ölümünə səbəb olub.
İspaniya polisi xəbər verib ki, günvurma nəticəsində bu ölkənin şimalı və cənubunda iki nəfər vəfat edib.
Fransada da misilsiz və tarixi istilər dünəndən etibarən, bu ölkənin cənubunda yerləşən Le-Qard məntəqəsindəki yaşayış və meşə ərazilərində güclü və genişlənməkdə olan yanğına səbəb olub.
Almaniyada da isti hava ötən yetmiş ildə misli görünməmiş bir hadisə kimi qeyd olunub.
Avropalılar bu istilərin mənşəyini "böyük Afrika səhrası" adlandırıb və ona "səhra köpüyü" ləqəbi veriblər.