Fransada sarı jiletlilərin aksiyası davam edir
https://azeri.sahartv.ir/news/dünya-i344735-fransada_sarı_jiletlilərin_aksiyası_davam_edir
Fransada "sarı jiletlilər" etiraz hərəkatının fəalları və tərəfdarları 36-cı həftə dalbadal aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2019 04:39 Asia/Baku
  • Fransada sarı jiletlilərin aksiyası davam edir
    Fransada sarı jiletlilərin aksiyası davam edir

Fransada "sarı jiletlilər" etiraz hərəkatının fəalları və tərəfdarları 36-cı həftə dalbadal aksiya keçiriblər.

Kapitalizm quruluşuna və hökumətin iqtisadi siyasətlərinə etiraz edən Fransa vətəndaşları dünən 36-cı həftə dalbadal küçələrə çıxıblar.

Fransa mediaları xəbər veriblər ki, üç il bundan öncə polis zorakılığının qurbanı olmuş Adama Traore-nin ailəsi "Bomon-syür-Uaz" bələdiyyəsində polis zorakılığına qarşı etiraz aksiyasının keçirilməsini istəyibdir.

Fransada "sarı jiletlilər" etiraz hərəkatı 2018-ci ilin noyabr ayının ortalarından başlanıb. Ona səbəb, hökumətin yanacaq qiymətinin artırılması və varlıların vergilərinin azaldılması barədəki qərarı olubdur.