Fransanın cənubunda atışma; 3 ölü
https://azeri.sahartv.ir/news/dünya-i345308-fransanın_cənubunda_atışma_3_ölü
Fransanın polis rəsmiləri bu ölkənin cənubunda atışma nəticəsində üç nəfərin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2019 08:16 Asia/Baku
  • Fransanın cənubunda atışma; 3 ölü
    Fransanın cənubunda atışma; 3 ölü

Fransanın polis rəsmiləri bu ölkənin cənubunda atışma nəticəsində üç nəfərin öldürülməsindən xəbər veriblər.

Fransa polisi bu gün bildirib ki, Var əyalətinin Olyul şəhərində atışma nəticəsində üç nəfər ölüb, bir nəfər də yaralanıbdır.

Fransa polisinin dediyinə görə, atışmada şübhəli bilinən şəxs qaçıb və polis hələ onu həbs etməyə müvəffəq olmayıblar.

Fransa rəsmiləri bu atışmanın səbəbi və onun terrorçu mahiyyətli olması ehtimalı barədə bir məlumat təqdim etməyiblər.

Bu atışma Fransa prezidenti Emmanuel Makronun yay tətillərini keçirmək üçün Var əyalətində olması ilə eyni vaxta düşübdür.