Putin Rusiya dəniz qüvvələrinin xarici hücumlarla mübarizəyə hazır olduqlarını vurğulayıb
-
Putin Rusiya dəniz qüvvələrinin xarici hücumlarla mübarizəyə hazır olduqlarını vurğulayıb
Rusiya prezidenti bu ölkənin dəniz qüvvələrinin hər cür xarici təcavüz və hücumla mübarizəyə hazır olduqlarını vurğulayıb.
Vladimir Putin dünən Sankt-Peterburq şəhərində keçirilən hərbi parad zamanı deyib: Rusiyanın hərbi dəniz donanması özünəməxsus təchizatlarla bu ölkənin təhlükəsizliyini təmin etməyə və hər bir xarici hücumla mübarizəyə hazırdır.
Putin özünəməxsus hərbi donanmanın yaradılması üzrə yeni plandan xəbər verib. O, deyib: Rusiyanın hərbi dəniz donanmasının döyüş qüdrətinin mötəbər şəkildə gücləndirilməsi və təchizatların modernləşdirilməsi davam etdirilməlidir.
28 iyul, Rusiya hərbi dəniz donanması günü elə bir şəraitdə qeyd olunubdur ki, bu ölkə son aylar geniş addımlar atıbdır ki, onlardan Krım sularında üç ukraynalı gəminin müsadirə olunmasına işarə etmək olar.