Avq 03, 2019 15:30 Asia/Baku
  • Fransa ABŞ-ın INF-dən çıxması haqda xəbərdarlıq edib
    Fransa ABŞ-ın INF-dən çıxması haqda xəbərdarlıq edib

Fransanın xarici işlər nazirliyi bir bəyanatda bildirib ki, Amerikanın qərarı ilə qısa və orta mənzilli nüvə raketlərinin məhv edilməsi müqaviləsi- INF-in bitməsi Avropada səbatsızlığın yaradılması təhlükəsini artırır.

Fransanın xarici işlər nazirliyi bir bəyanatda INF müqaviləsini Avropanın təhlükəsizlik strukturunda əsas ünsür adlandırıbdır ki, qəbul edilməsinin başa çatması silahlara nəzarət üzrə beynəlxalq sistemi aradan götürəcəkdir.

Bu bəyanatda deyilir: Fransa bir daha qanuna söykənən real nüvə tərkisilahı və silahlanmaya nəzarətə əsaslanan öhdəliklərinə təkid edir və Rusiya və Amerikadan istəyir ki, strateji atom silahlarını məhdudlaşdırmaq üzrə yeni "Start" müqaviləsini 2021-ci ildən sonrayadək uzadaraq, alternativ müqavilə barədə müzakirə etsinlər.

Amerikanın, sonra da Rusiyanın qısa və orta mənzilli nüvə raketlərinin məhv edilməsi müqaviləsi- INF-dən çıxmaları ilə bu müqavilə cümə günü rəsmən başa çatdı və bəzi NATO üzvləri və Avropa ölkələri bu barədə nigarançılıq etdilər.

Teqlər