Avq 16, 2019 19:04 Asia/Baku
  • Qardian: Qris-1-in azad edilməsi İngiltərənin kövrəkliyinin nişanəsidir
    Qardian: Qris-1-in azad edilməsi İngiltərənin kövrəkliyinin nişanəsidir

Qardian qəzeti İran neftini daşıyan tankerin Cəbəlüttariqdə müsadirədən azad edilməsinə işarə edərək, yazıb: İran və Amerikanın tankerlər üstündə qüdrət nümayiş etdirmələrinin qızğın çağında İngiltərənin kövrəkliyi daha çox özünü göstərdi.

Londonda çıxan bu qəzet bir reportajda İranın iki milyon barrel neftini daşıyan Qris-1 tankerinin Cəbəluttariq boğazında müsadirə olunması vı sonra azad edilməsi macərasını araşdıraraq, yazıb: Bu macərada Amerika və İngiltərənin qüdrət nümayiş etdirmələrinə rəğmən, yalnız Londonun kövrəkliyi üzə çıxdı.

Qardian Amerikanın son anda İran neftini daşıyan tankerin azad edilməsini dayandırmaq və onu müsadirə etmək üzrə səyinə toxunaraq, vurğulayıb: İran və Amerikanın  qüdrət nümayiş etdirmələrinin əsas məğlubu, İngiltərə oldu.

Teqlər