"Bik" diyircəkli qələmi boykot edildi
Sen 02, 2019 17:00 Asia/Baku
Braziliya prezidenti Amazon meşələrindəki yanğınla mübarizə üstündə öz fransalı həmkarı ilə söz müharibəsinin davamında öhdəlik götürüb ki, daha fransız "Bik" şirkətinin diyircəkli qələmlərindən istifadə etməyəcək.
Jair Bolsonaru deyib ki, daha "Bik" diyircəkli qələmi ilə yazmayacaq, zira Fransa məhsuludur.
Fransa prezidenti Emmanuel Makron yeddilər qrupunun sammitində Amazon meşələrindəki yanğını böhran adlandırıb və Bolsonarunu iqlim dəyişiklikləri barədə yalan söyləməkdə ittiham edibdir.
Braziliya prezidenti də Makronu yeddilər qrupunda Braziliya nümayəndəsinin iştirakı olmadan Amazon yanğını barədə danışdığına görə, pisləyib və deyib ki, Fransanın bu hərəkəti bu ölkənin müstəmləkəçilik fikir tərzinin nişanəsidir.