Sen 27, 2019 14:04 Asia/Baku
  • Trampın demokratlara cavabı
    Trampın demokratlara cavabı

ABŞ prezidenti demokratların onu impiçment etmək üzrə səylərini ölkə üçün utancgətirici adlandırıb.

Amerika prezidenti Donald Tramp dünən deyib ki, özünün impiçment edilməsi məsələsini televizordan müşahidə edib. O, əlavə edib: Bu hərəkət ölkə üçün utancgətirici olaraq, şəxsləri bədnam etmək üzrə bir səydir.

Tramp bildirib ki, bu addım ABŞ konqresinin nümayəndələr palatasının informasiya komitəsinin demokrat sədri Adam Şif və onun partiyası tərəfindən atılıb; demokratlar saxta bir iddia irəli sürürlər.

Amerika prezidenti deyib: Demokratlar dayandırılıblar və qarşıdakı prezident seçkilərində məğlub olacaqlar. Bu səbəbdən, impiçment planına söykənirlər.

Tramp onda ittiham olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətində onu təzyiq altında qoyubdur ki, 2020-ci il prezident seçkilərinə namizəd demokrat Co Baydenin oğlunun fəaliyyətləri barədə təhqiqat aparsın.

Teqlər