Moskva Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarına reaksiya verib
Rusiya xarici işlər nazirliyi Amerikanın Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalarına reaksiyada vurğulayıb ki, Vaşinqtonun bu hərəkəti cavabsız qalmayacaqdır.
Rusiya xarici işlər nazirliyi Amerikanın Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalarını məntiqsiz adlandırıb. Vaşinqtondan istəyibdir ki, gülünc sanksiya oyunundan əl çəksin.
Amerika hökuməti bazar ertəsi günü iki Rusiya vətəndaşını bu ölkə seçkilərinə müdaxilə etməsinə görə, sanksiya edib.
Amerika maliyyə nazirliyinin xarici maliyyələrə nəzarət ofisi bir açıqlamada Rusiya vətəndaşları Denis İqoroviç və İqor Vladimiroviçi 2018-ci ildə konqresin ara seçkilərinə qarışmağa səy göstərməkdə ittiham edib.
Vaşinqton Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra daim Moskvanı bu ölkənin seçkilərinə qarışmaqda ittiham edərək, Rusiyaya qarşı sanksiyalar tətbiq edibdir.
Rusiya bu ittihamı rədd edərək, Amerikanın sanksiyalarına qarşılıqlı reaksiya göstəribdir.