Okt 03, 2019 08:33 Asia/Baku
  • Paris razılıqsız breksit haqda Londona xəbərdarlıq edib
    Paris razılıqsız breksit haqda Londona xəbərdarlıq edib

Fransa hökuməti İngiltərə hökumətinin breksitin icrasına təkid etməsinə reaksiyada Londonun razılıqsız şəkildə Avropa Birliyindən çıxmaq üzrə hər cür hərəkəti haqda xəbərdarlıq edib.

Fransa hökumətinin sözçüsü Sibet Endiay rəsmi Londonun razılıqsız şəkildə Avropa Birliyindən çıxmaq üzrə hərəkətini tənqid edib. Bildirib ki, Paris Londonun Avropa Birliyindən çıxmaq prosesində əsaslı dəyişikliklər aparmasını gözləyir.

Endiay əlavə edib: İngiltərənin Avropa Birliyindən çıxma zamanı və tərzi çox mühümdür. Fransa bu məsələnin yaxşılıqla, qüsursuz və tam sülh şəraitində həyata keçirilməsini istəyir.

İngiltərənin maliyyə naziri Sacid Cavid bildirib ki, bu ölkənin oktyabrın 31-də razılıqsız şəkildə Avropa Birliyindən çıxması ehtimalı yerində qalmaqda davam edir. O, deyib: Əgər razılığa gələ bilməsək, hər bir şəraitdə bu birliyi tərk etməyimiz mühümdür.

İngiltərənin baş naziri Boris Conson da deyib ki, əgər bu ölkənin Avropa Birliyindən çıxmasını həyata keçirə bilməzsə, vəzifəsindən kənara çəkilməyəcəkdir.

İngiltərənin Avropa Birliyindən çıxması üçün uzadılmış möhlət oktyabrın 31-də başa çatacaq və Conson bildiribdir ki, razılıqlı və ya razılıqsız şəkildə İngiltərəni Avropa Birliyindən çıxaracaq.

İngiltərə parlamentinin aşağı palatasının əksər üzvləri razılıqsız breksitlə müxalifdirlər.

 

Teqlər