Okt 05, 2019 21:59 Asia/Baku
  • BMT Rohinca müsəlmanlarına qarşı işgəncənin davam etdiyini bildirib
    BMT Rohinca müsəlmanlarına qarşı işgəncənin davam etdiyini bildirib

BMT-nin Myanmadakı xüsusi məruzəçisi yeni bir hesabatda bildirib ki, bu ölkədəki rohincalı müsəlmanlara qarşı işgəncə, əzab və əziyyət davam edir.

BMT-nin müfəttişi və xüsusi nümayəndəsi Yan Hi Li bu təşkilata hesabat təqdim edərək, bildirib ki, Myanmada müsəlmanlar üçün şərait dəhşətli olmaqda davam edir və bu ölkə Banqladeşə sığınmış didərginlərin geri dönməsi üçün təhlükəsiz məkan deyildir.

BMT-nin müstəqil müfəttişi əlavə edib: Myanma indiyədək Arakan əyalətində rohincalı müsəlmanlara qarşı işgəncə sisteminə son qoya bilməyibdir. Buna görə, didərginlər Banqladeşdən Myanmaya geri dönməməlidirlər.

Arakan əyalətində ekstremist buddistlərin və ordunun qətli-amı və savaşı ucbatından 750 mindən çox rohincalı 2017-ci ildə Myanmadan Banqladeşə qaçdı. Onlar hazırda bu ölkənin sərhəd düşərgələrində yaşayırlar.

Teqlər