Fransız fermerlər hökumətə etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i351054-fransız_fermerlər_hökumətə_etiraz_ediblər
Fransız fermerlər hökumətin fəaliyyətinə etiraz olaraq, bəzi şəhərlərdə əsas yolları bağlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2019 13:43 Asia/Baku
  • Fransız fermerlər hökumətə etiraz ediblər
    Fransız fermerlər hökumətə etiraz ediblər

Fransız fermerlər hökumətin fəaliyyətinə etiraz olaraq, bəzi şəhərlərdə əsas yolları bağlayıblar.

Fransız fermerlər özlərinin pis iqtisadi vəziyyətlərinə və hökumətin laqeydliyinə etiraz olaraq nümayiş keçiriblər.

Fermerlərin aksiyası dünən başlanıb. Etirazçılar hökumət rəsmilərinin laqeydliyi və azad ticarət müqavilələrini pisləmək, həmçinin hökumətə xəbərdarlıq məqsədilə bəzi şəhərlərdə əsas yolları bağlayıblar.

Lion şəhərində iki yüzə yaxın fermer öz traktoru ilə yanaşı Lion prefekturası ətrafında aksiya keçirib.

Etirazlar bəzi şose yollarında gediş-gəlişlərdə pozuntulara səbəb olub.