Amerikanın Əlbağdadinin cəsədi haqdakı iddiası
-
Amerikanın Əlbağdadinin cəsədi haqdakı iddiası
ABŞ ordusunun baş qərargah rəisi iddia edib ki, İŞİD terror qrupu başçısının cəsədi DNT testi yolu ilə kimliyi təsdiq olunduqdan sonra dənizə atılıbdır.
ABŞ ordusunun baş qərargah rəisi Mark Meyli dünən gecə bir mətbuat konfransında iddia edib ki, amerikalı qüvvələrin Əbubəkr Əlbağdadini öldürmək üzrə əməliyyatı, kimliyin təsdiqlənməsi prosesi, həmçinin Əlbağdadinin cəsədinin qalıqları barədə çoxlu təsvir və filmlər çəkilibdir. O, əlavə edib: Vaşinqton hələlik onları təsnifat vəziyyətindən çıxarmaq niyyətində deyil və hal-hazırda onun yayılması üçün hazırlığı yoxdur.
Amerikanın ozamankı rəsmiləri 2011-ci ildə də Əlqaidə terror qrupunun başçısı Üsamə bin Ladeni öldürdüklərini iddia edərək demişdilər ki, onun cəsədini dənizə tullayıblar.
Bir Pentaqon rəsmisi dünən iddia etdi ki, İŞİD başçısı Amerika ordusunun Suriyanın İdlib şəhərinin şimal-qərbindəki əməliyyatında öldürülübdür.
ABŞ prezidenti Donald Tramp da az sonra Əlbağdadinin ölüm xəbərini təsdiq etdi.
BMT dünən bildirib ki, Amerikanın İŞİD terror qrupu başçısının öldürülməsi haqdakı sözlərinin etibarlı olmasını təsdiq edə bilməz.
Rusiya müdafiə nazirliyi də bir açıqlamada Amerika ordusunun Əlbağdadinin öldürülməsi üzrə əməliyyatının uğurlu olmasını şübhə altına alıbdır.
Əlbağdadinin başçılıq etdiyi İŞİD terror qrupu son illər ABŞ, Ərəbistan və sionist rejimin maliyyə dəstəkləri ilə İraq və Suriya ərazilərinin geniş hissələrini işğal edərək, bu iki ölkədə və dünyanın bir çox digər ölkələrində saysız-hesabsız cinayətlər törədibdir.