Fransa polisi sarı jiletlilər hərəkatının ilk ildönümündə aksiyaçılara basqın edib
https://azeri.sahartv.ir/news/dünya-i352347-fransa_polisi_sarı_jiletlilər_hərəkatının_ilk_ildönümündə_aksiyaçılara_basqın_edib
Fransa polisi kapitalizm quruluşuna qarşı yönəlmiş etirazların, başqa sözlə, “sarı jiletlilər hərəkatı”nın ildönümündə gözyaşardıcı qazla aksiyaçılara hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2019 05:30 Asia/Baku
  • Fransa polisi sarı jiletlilər hərəkatının ilk ildönümündə aksiyaçılara basqın edib
    Fransa polisi sarı jiletlilər hərəkatının ilk ildönümündə aksiyaçılara basqın edib

Fransa polisi kapitalizm quruluşuna qarşı yönəlmiş etirazların, başqa sözlə, “sarı jiletlilər hərəkatı”nın ildönümündə gözyaşardıcı qazla aksiyaçılara hücum edib.

Fransada çıxan “Ven Minot” qəzetinin məlumatına görə, sarı gödəkçəlilər şənbə günü bu hərəkatın başlanmasının birinci ildönümündə Paris, Lion, Marsel, Bordo, Lil, Tuluza və bu ölkənin digər şəhərlərində nümayiş keçiriblər.

Frans polisi gözyaşardıcı qazla aksiyaçılara hücum edib. 33 etirazçı həbs olunub.

Sosial şəbəkələrdə Fransada aksiyaların keçirilməsinə dair bir çox çağırışlar edilmişdi. Fransanın daxili işlər nazirliyi öncədən çoxlu sayda polis qüvvəsinin səfərbər edilməsi üçün tədbir görmüşdü.

Parisdə onlarla sarı jiletli günün ilk saatlarından od qalayaraq, bu şəhərin yol qovşağını bağlayıblar.

Fransada kapitalizm quruluşuna və bu ölkənin prezidenti Emmanuel Makron hökumətinin siyasətlərinə qarşı hərəkatın bu gün bir yaşı olur. Bu hərəkat 2018-ci il noyabrın 17-də başlanıb və indi də davam edir.