Dek 04, 2019 22:08 Asia/Baku
  • Fransada sionizmlə müxalifətə qarşı layihə qəbul olunub

Fransa parlamenti bir layihə qəbul edib. Bu layihəyə əsasən, anti-sionist hərəkətlər antisemitizm hesab olunacaq və onunla mübarizə ediləcəkdir.

Fransa milli assambleyası dekabrın üçündə işğalçı sionist rejimə dəstək istiqamətində 154 lehinə və 72 əleyhinə səslə bir layihə qəbul etdi ki, onda antisionizm antisemitizmin yeni forması kimi qeyd olunubdur.

Fransa prezidenti Emmanuel Makron ötən il bu ölkədə keçirilən yəhudi müəssisələrinin nümayəndələr şurasının illik mərasimindəkı çıxışında elan etmişdi ki, antisionizm bir növ antisemitizmdir və Fransa tezliklə bu barədəki qanunlarına düzəliş edəcəkdir.

Həmin layihənin tənqidçiləri bu qənaətdədirlər ki, onun qəbul olunması işğal olunmuş Fələstində insan haqlarının geniş şəkildə pozulmasını və sionist rejimi hər cür tənqid etmək yolunu bağlayacaq, zira əslində Təl-Əvivə qarşı hər cür tənqidi bu qanunla antisemitizm kimi izah etmək olar.

Teqlər